• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1963
— 08.11.2020 19:41

Qələbə sevinci belə qeyd olunur

KepezTV Player

Türkiyənin İstanbul şəhərində də Şuşanın işğaldan azad olunması böyük coşquyla qeyd olunub.Bəyazid meydanında “Birlikdən güc doğar” adlı aksiya keçirilib. Tədbirdə səsləndirilən bəyanatda tarixi kökləri etibarilə Qarabağın qədim türk yurdu olmasından, Ermənistanın 1828-ci ildə qəbul edilən Türkmənçay sülh müqaviləsi və Azərbaycanın qədim İrəvan torpaqları  hesabına 1918-ci ildə formalaşaması tarixindən bəhs edilib. Bildirilib ki,  güçlü və intizamlı Azərbaycan ordusu bu gün heç bir hüquq tanımayan Ermənistanın ekspansionist siyasətini həm şərqdə, həm də qərbdə genişləndirmək arzusunu gözündə qoyub, işğalçı dövlət “İki dövlət, bir millət” siyasəti qarşısında müqavimətini itirib. Aksiyada Ermənistan terroruna son qoyulması tələbinə dair şüarlar, Azərbaycana dəstək məqsədli şeirlər, musiqilər səsləndirlib. istanbul sakinləri avtomobilləri üzərində Türkiyə və Azərbaycan bayraqları ilə küçələrdə hərəkət ediblər.