• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 08.11.2020 18:24

Bölgələrdə qələbə sevinci

KepezTV Player

28 ildən sonra Şuşanın iğaldan azad olunması bölgələrdə sevinc və çoşğu ilə qeyd olunub. Minlərlə insan küçələrdə bir-birlərini təbrik etməklə tarixi qələbəni qeyd ediblər. Əməkdaşlarımız bölgənin müxtəlif rayonlarında sakinlərlə birgə qələbə sevincini yaşayıblar.

Doğurdanda qürüverici bir anlar yaşayırıq. Şəmkirlilər həqiqətəndə bayram sevincini yaşayırlar. Şuşanın işğaldan azad olunamasını qeyd edirlər və bizdə bu gün Şəmkirlilərlə birlikdədyik.

İnterşum

Namiq Mahmudov - Şəmkir sakini: Özüm müharibə veteranıyam. Mənim bu gün iki övladım ön cəbhədə vuruşur. Allah bütün əsgərlərimizi qorusun. Yenə də mübarəkdir. Bütün xalqımızı təbrik edirəm.

Ziyad Əliyev - Şəmkir sakini: Mən bu gün fəxr edirəm ki, belə ordumuz və belə Ali baş Komandanımız var. Allah ona ömür versin. Mən bu günləri sevincimlə danışa bilmirəm. Bu sevinc göz yaşlarını bütün xalqımla bölüşürəm. Azərbaycan bizim dir Qarabağ bizimdir.

Şəmkir sakini - Yaşasın Ali Baş Komandan. Yaşasın Ordumuz. Yaşasın Azərbaycan.

Rövşən Sadıqov - Şəmkir sakini: Qələbələrin sorağındayıq sevincindəyik. Biz Ali Baş Komandınımızla fəxr edirik. Bizim şəhidlərimizin qanını yerdə qoymur. Arzu edirəm bundan sonra digər işğalda olan torpaqlarımızda azad olunsun.

Alimpaşa Məmmədov - Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı: Uşaqdan böyüyə hər bir kəs bu günləri küçədədir. Ali Baş Komandanın o müjdəli xəbərinə insanlar o qədər seviniblər. Bunu sözlə ifadə etmək mümkünsüz bi məsələdir. Bayramımız mübarək olsun. Şuşanın bu günkü gündə azad olunması çox müjdəli bir xəbər oldu.

Azər Babayev - Tovuz sakini: Xalqımızı bu gün Şuşa şəhərinin işğaldan azad olunması münasibəti ilə təbrik edirəm. Bu gün şanlı ordumuz şanlı tarix yazır. Yaşasın Ali Baş Komandan Qarabağ Azərbaycandır!

Anar Əhmədov - Tovuz sakini: Azərbaycan xalqını Azərbaycan ordusunu Ali baş Komandınımızı Tovuz Gənclər evi adından təbrik edirəm. İşğal altında olan torpaqlarımızıdan azadlığa qovuşan Şuşamızın Cəbrayılımızın Qubadlımızın Zəngilanımızın gözü aydın olsun. İnşallah bu şad xəbərlərin ardı gələr. İşğal altında bir qarış torpağımız belə qalmaz.

Günay Abdullayeva - Tovuz sakini: Tovuz sakini olaraq bütün Azərbaycan xalqını təbrik edirəm. Şuşa iğaldan azad olunub. Tovuzdan başlayan döyüşlər inaşallah Qarabağı işağaldan azad olunması ilə yekunlaşacaq.

Yaşar Məmmədov - Ağstafa sakini: Sevinirik sevincimizin həddi hüdüdu yoxdur. Elə bu dəqiqədə Bakıdan qohumlarımız mənə zəng edib göz aydınlığı verir. Çox gözəl gündür. Ali Baş Komandımıza inanırıq. Tezliklə bütün Qarabağı tam azad etməyini gözləyirik.

Xəyyam Rzaquliyev - Ağstafa sakini: Çoxdandı arzumuz idi biz bu qələbəni qazanaq. Alha şükür biz qələbə qazandıq. Çox sağ olsun prezidentimiz bizim dayağımızdır.

 

Natiq Hüseyn