KepezTV Player
Ali Baş Komandan Prezident İlham Əliyev general-leytenant Hikmət Mirzəyevə zəng edib. Dövlət başçısı “Twitter” hesabında etdiyi paylaşımda Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.<br>Dövlət başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbriklərini çatdırıb. General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib.<br>O, Ali Baş Komandanın əmrlərinin yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.
- Baxış: 104