• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1809
— 08.11.2020 14:21

Şuşalıların sevincinin həddi-hidudu yoxdur

KepezTV Player

Düz 28 ildir Mirzəyevlər ailəsi bu günü gözləyirdi. Onlar tarxi dədə-baba torpaqlarının azad olunacağı günün sevincini yaşayacağına inanırdılar. Bu gün həmin tarxi gün oldu. Qarabağın ürəyi olan tarixi Şuşa şəhəri erməni daşnaklarından azad olundu.

Gəncədə məskunşalan 30-dan artıq Şuşadan olan ailə, eləcə də məcburi köçkün həyatı yaşayanlar sevinclərini küçələrə axışmaqla qeyd edib. Əllərində bayraqlar, dillərində şüarlar.

8 noyabr 2020-ci il. Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı bu gün. Bu gün Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Gözün aydın Azərbaycan.

Fəxr olunası, qürur verci bir andır. Bu gün Şuşa şəhəri işğaldan azad edildi. Eşq olsun Azərbaycan ordusuna, eşq olsun Azərbaycan xalqına.

Bu gün onlar üçün bir başqa gün oldu. Bu gün Şuşalıların yenidən doğulduqları gündür. Hər kəs artıq məcburi köçkün deyilik, Şuşamıza gedirik, öz şəhərimizə qayıdırıq deyərək bir birlərini təbrik etdilər.