• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 08.11.2020 10:03

Bayden seçkilərdə qalib gəldiyini bəyan edib

KepezTV Player

Demokratlar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden seçkilərdə qalib gəldiyini bəyan edib. "Bu böyük ölkəyə rəhbərlik etmək üçün seçilməyimdən qürur duyuram. Qarşıda çox iş var, söz verirəm ki, mən bütün amerikalıların prezidenti olacağam", - deyə Bayden "Twitter" səhifəsində yazıb. Donald Tramp isə "Twitter" səhifəsində bununla barışmadığını, 70 milyondan çox qanuni səs toplayaraq seçkilərdə özünün qalib gəldiyini bildirib. Seçkilərin nəticələrinə əsasən, Co Bayden 290 seçki kollegiyasının, Donald Tramp isə 214 seçki kollegiyasının səsini qazanıb. Qələbə üçün bu rəqəmin 270 olması kifayətdir, ancaq nəticələr hələ rəsmi açıqlanmayıb.