• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 07.11.2020 22:30

Covid-19-un bilmədiyimiz fəsadları

KepezTV Player

Covid-19 tək bir orqan üçün nəzərdə tutulan infeksiya mənbəyi deyil. Pandemiyanın səbəb olduğu virus yaratdığı fəsadlarla əslində, bütün orqanizmi təhlükə altına qoyur. Son günlərdə şahidi olduğumuz rekord sayda yoluxmalar və ölüm hallarına diqqət etsək, vəziyyətin nə qədər kritik olduğunun fərqinə vararıq.

Koronavirusa yoluxan 10 nəfərdən 8-də infeksiya yüngül formada keçir və özünü daha çox qızdırma, öskürək kimi əlamətlərlə büruzə verir. Bəzən şikayətlər arasında mədə sancıları da yer alır ki, bu da müəyyən mənada çaşqınlıqlara səbəb olur. Amma mövcud vəziyyəti pasiyentlərdən fərqli olaraq, qastroenteroloq normal qiymətləndirir, virusun mədə-bağırsaq sisteminə təsirini inkar etmirlər.

Qoşqar Məhərrəmov qastroenteroloq:Bir insanda mədə-bağırsaq sistemi pozuntusu və yaxud keçmişə bağlı qastrit, diarea əlamətləri ilə özünü göstərən pozuntu şəklində, xroniki xəstəliklər olubsa bunlar risk qrupuna aiddir. Amma ümumiyyətlə, koronavirus mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsində, onu pozulmasında dolayısı yolla iştirak edir. O, mədə-bağırsaq pozuntuları verməsi ilə bərabər eyni zamanda, ağciyərlərdə pnevmaniya əlamətləri də mütləq verir. Yəni bu tək mədə-bağırsaq sisteminin pozulmasıyla yekunlaşmır.

Covid-19-un yaratdığı fəsadlar digər orqanlardan da yan ötüşmür. Pandemiyanın təhlükə arealının bu qədər geniş olması, onun diabet yaratmaq ehtimalının varlığını dəyişmir.

Şəhla Verdiyeva endokrinoloq:Son vaxtlarda bir neçə keyzlər var ki, onlara əsasən təəssüf ki, əvvəlcədən diabeti olmayan xəstələrdə diabet aşkarlanıb. Araşdırmalar göstərir ki, bu virusun bağlandığı reseptorlar, bir çox orqanlarda o cümlədən, pankriyasda yerləşir. Bu qlükoza metobilzmasında piliotrapik dəyişikliyə səbəb olur. Covis-19 hələlik tam məlum olmayan mexanizmlə qlükoza metobilzmasını pozub, yeni növ diabetin əmələ gəlməsinə səbəb olur.

Baxmayaraq ki, koronavirus uzun müddətdir  öz aktuallığını qoruyub saxlayır, yenə də cəmiyyətin üzvləri arasında hələ də onunla bağlı yalnış fikirli olanlar var.

Nübubət Zeynalova terapevt:Bəzən xəstələrimiz qan analizinə gedirlər ki, görüm mən bu infeksiyaya yoluxmuşam ya yox. Heç bir qan testi, qan analizi covid-19-a yoluxmanı aşkarlaya bilməz. Ancaq nazofarengial, yaxmaların götürülməsi bunu təsdiqləyə bilər.

Virusla bağlı bir çox suallara cavab tapmaq mütəxəssislərdən uzunmüddətli araşdırma tələb edir. Bunun üçün infeksiyanın gedişatını hər xırda nüansı ilə izləmək lazımdır. Görünən odur ki, qarşıda bizi bundan da uzun yol gözləyir. Ehtiyatlı davranmaqla bu müddəti qısalda bilərik.