• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1546
— 07.11.2020 20:16

Bərdə atəşə tutuldu, yeniyetmə həyatını itirdi

KepezTV Player

Düşmənin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşüb. Nəticədə 16 yaşlı Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib. 27 sentyabrdan etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni təcavüzü nəticəsində həlak olan Azərbaycanlı mülki şəxslərin sayı 93-ə çatıb.Bu gün saat 17 radələrində Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 58 yaşlı Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb.Azərbaycan XİN Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq və beynəlxalq vasitəçilərin davamlı səylərinə hörmətsizlik nümayiş etdirərək təcavüz siyasətini davam etdirməsini və dinc insanları atəşə tutmasını şiddətlə qınayıb.Prezidentinin köməkçisi Hikmət Hacıyev isə özünün tvitter hesabında mülki şəxslərin ölümü və yaralanması ilə əlaqədar YUNİSEF-ə və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına müraciət edib.