• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1955
— 06.11.2020 14:03

Yaponiya universitetində tələbələrə erməni vəhşiliyindən danışılıb

KepezTV Player

Yaponiyanın ən nüfuzlu beş universitetindən biri olan Hokkaydo Universitetində "Azərbaycanda Multikulturalizm Modeli" ilə bağlı müntəzəm keçirilən növbəti dərsin mövzusu Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın Bərdə, Gəncə, Tərtər rayonlarında ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə həsr olunub. Yaponiyalı tələbələrə Azərbaycan xalqının qanuni və tarixi ərazilərinin erməni işğalçılarından azad edilməsi uğrunda Vətən müharibəsinə başlaması haqqında ətraflı məlumat verilib. 30 ilə yaxın bir dövrdə Azərbaycan xalqının sülh tərəfdarı olsa da, Ermənistan rəhbərliyinin həmişə bu danışıqları pozduğu və dəfələrlə Azərbaycanın qanuni sərhədlərində təxribatla məşğul olduğu qeyd olunub.