• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 06.11.2020 14:18

Erməni pastordan ermənilərə çağırış

KepezTV Player

Ermənistan tərəfindən zorla döyüşlərə göndərilən və Azərbaycana əsir düşən Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Bakıdakı Yeddinci Günün Adventistlərinin ibadət evində dua edib. Şuşa və digər ərazilərdəki müqəddəs yerlərin döyüş məkanına çevrilməsinin əlehinə olan Saakyan erməni xalqını qan tökməyi dayandırmağa və sülhə gəlməyə çağırıb. Azərbaycan tərəfindən heç bir dini obyektlərin, kilsələrin dağıdılması hallarına rast gəlmədiyindən danışan əsir Ermənistanın katalikosu İkinci Qaraginin müharibə çağırışı ilə razı olmadığını dilə gətirib. Bakıda saxlanma şəraitindən söz açaraq minnətdarlığını dilə gətirib.