• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1639
— 06.11.2020 14:27

Marketlərdə koronovirusun tələblərinə necə əməl edilir?

KepezTV Player

Son günlər ölkə ərazisində koronovirusa yolxuma hallarının artması Gəncədə də infeksiyanın yayılma riskini minimuma endirmək məqsədi ilə görülən işləri sürətləndirib. Polis əməkdaşları tərəfindən iri market və mağzalarda aparılan yoxlamalar zamanı karantin qaydalarının pozulma halları aşkarlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Əfsuslar olsun bəzi vətəndaşlar tibbi maskadan düzgün istifadə etmirlər. Onlar nəfəs yollarını tam qorumurlar. Belə şəxslərdən xaiş eidirk tibbi maskadan və dezinfeksiya edici məhlullardan düzgün istifadə etsinlər. Sosial məsafələri gözləsinlər. Əks təqdirdə onlar barəsində inzibati xətalar məcəlləsinə uyğun olaraq tədbir görüləcək.

Bu günədək Gəncədə karantin rejimi qaydalarının pozulması ilə bağlı 5967 inzibati protokol yazılıb.

Natiq Hüseyn