• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 05.11.2020 19:43

Sürücü və sərnişinlər maarifləndirilir

KepezTV Player

Koronovirus pandemiaysının sürətlə yayıldığı bir vaxtda ictimai nəqliyyatda qoruyucu maskadan istifadə vacib şərtlərdəndir. Ancaq bəzi vətəndaşlar buna səthi yanaşaraq qoruyucu vasitələrdən istifadə etmir. Gəncədə yoluxma sayını azaltmaq məqsədi ilə ictimai nəqliyyatda maarifləndirici yoxlamalar davam etdirilir.

Gəncə Avtomobil Nəqliyyatı və Sərnişindaşıma İdarəsi tərəfindən daşıyıcı şirkətlərə koronovirus infeksiyasının proflaktikasına dair metodiki göstərişlər verilib. Gösətərişlərin əsasını xəttə buraxılan avtobuslarda qoruyucu vasitələrdən istifadə təşkil edir.

Metodoki göstərişlərin icrasına nəzaərət etmək məqsədi ilə müfəttişlər şəhərin müxtəlif ərazilərində ictimai nəqliyyat vasitələrində yoxlamalara başlayıb.

Yoxlamalar zamanı təkcə qoruyucu vasitələrədn istifadə deyil avtobus və mikroavtobusların təmizliyi, eləcə də digər sanitar qaydalara əməl edilib edilməməsi diqqət mərkzəində saxlanılır. Bu kimi hallara görə bir neçə sürücüyə xəbərdarlıq edilib. Araşdırmalar zamanı bəzi sürücülərin sərnişin daşıma üçün icazəsinin olmadığı da müəyyən edilib.

Ümumilikdə aparılan yoxlamalar zamanı çox az sayda sürücü və sərnişinin tibbi maskadan istifadə etdiyi məlum olub. Belə şəxslərə pulsuz tibbi maskalar payalanılıb.

Ruslan Paşayev Gəncə Avtomobil Nəqliyyatı və Sərnişindaşıma İdarəsinin hüquqşünası:İş effektivliyinin təhlili onu göstərir ki, görülən işlər özünü doğruldur. Yəni getdikcə sərnişinlər və sürücülər tibbi maskadan və tibbi məhlulllardan daha çox istifadə edirlər.

Gəncə Avtomobil Nəqliyyatı və Sərnişindaşıma İdarəsi tərəfindən bu kimi yoxlamalar mütəmadi olaraq davam etdirilir.