• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 05.11.2020 19:35

Qrip əleyhinə peyvəndə başlanılıb

KepezTV Player

Gəncədə mövsümi qrip əleyhinə peyvəndlərin vurulmasına başlanılıb. Bu məqsədlə şəhərə 5 min doza vaksin göndərilib. Peyvənd olunmaq istəyən ərazi üzrə poliklinikalara gedə bilər.

Təranə Babayeva sakin: Mən bu gün qrip əleyhinə peyvənd olundum. Heç nə hiss etmədim yaxşı oldu, özümü də yaxşı hiss edirəm. Məlumatım var idi qripə qarşı peyvəndə görə ona görədə ürəklə gəlib vurdurdum.  Hamıyada məsləhət görürəm ki, vurdursun.

Filurə Ramazanova sakin:Qrip əleyhinə peyvənd olundum. Başa saldılar ki, heç bir reaksiyası, problemi olmur. Çox razıyam hamıyada məsləhət görürəm ki, peyvənd olunsun.

Yeni gətirilərək vurulan vaksinlər bir il müddətinə orqanizmdə qrip virusuna qarşı müqavimət yaradır. Bir dozalıq olan vaksin şəffaf maye halındadır və soyuq zəncirə riayət olunmaqla şəhərin ərazi poliklinikalarinda saxlanılır. Hər bir şəxs qeydiyyatında olduğu tibb müəsisəsinə müraciət edib peyvənd oluna bilər.

Almaz Tomiyeva GEM-nin şöbə müdiri: Digər peyvəndlərlədə uşaqlara vurula bilər. Qorxub çəkinmək olmaz. O biri peyvəndlər kimi bu peyvəndə də ola bilər ki, yüngül qızdırma olsun. Yalnız o şəxslərə vurulmuya bilər ki, xəstəliyin kəskin dövründə yəni onun hərarəti, öskürəyi varsa və yaxudda digər xəstəliyin kəskin dövründə saxlanılır. Sağaldıqdan sonra o vaksindən istifadə edilir.

İlkin olaraq xüsusi risk qrupuna aid tibb işçiləri, hamilə qadınlar, yüxarı tənəffüs yollarının xəstəliyi olan ahıl və uşaqlar peyvənd edilir. Bununla paralel  6 aydan yuxarı uşaqlar və böyüklər də prosesə cəlb edilə bilər.

Almaz Tomiyeva GEM-nin şöbə müdiri:COVİD 19-nan adi qrip dostlaşıb və daha ağır formada gedir. Biz vaksinimizlə qripdən yoluxma ehtimalını azaldarıq və elə insanlarda da müqavimət çoxalır, imuniteti artırır. Digər xəstəliyə qarşı yoluxma ehtimalı azaldır. Bilrikdə bu vaksindən istifadə edək, özümüzü adi qış qripindən qoruyaq. Respublikamıza vaksin çox gətirildiyi üçün Bakıdanda xüsusi göstəriş verilib ki, nə qədər insan istəyirsə vurula bilər. Peyvənd ehtiyatımız çox olduğun üçün hər bir əhali sahə poliknikasınadn asılı olamadan müraciət edə bilər.

Gəncədə 5  poliklinika və 3 uşaq xəstəxanasında bu məqsədlə peyvənd otaqları yaradılıb. Peyvəndi vuran hər bir tibb bacısı isə əvvəlcədən kurslarda iştirak edərək xüsusi sertifkat alınlardır.

Nəzirə Musatafayeva 3 saylı Poliklinikanın tibb bacısı:Bu gün biz peyvəndlərimizi götürdük. Poliknikamıza bu günlük 100 doza verilibdir və keyfiyyətlidir. Böyüklər poliknikasına da yaxınlaşıb vurdura bilərlər. Bizdə hazırda 6 aylıq uşaqdan 18 yaşa kimi start verib başladıq. Valideynlərdən xahişimiz odur ki, poliknikalara yaxınlaşsınlar, peyvındləri vurdursunlar.

Mövsümi qrip əleyhinə edilən peyvənd pulsuz aparılır və istənilən şəxs peyvənd oluna bilər.

Elnur Vahidoğlu