• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 05.11.2020 10:13

ABŞ-ın Mayami şəhərinin mərkəzi yollarında “Qarabağ Azərbaycandır” lövhələri quraşdırılıb

KepezTV Player

ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” - Qarabağ Azərbaycandır şüarının yazıldığı lövhələr quraşdırılıb. Nəhəng lövhələrin dizaynı ABŞ-da və Bakıda yaşayan həmyerlilərimizə məxsusdur. Lövhələrin quraşdırıldığı yollar ermənilərin sıx yaşadığı ərazilərdir.  Bannerlər Beynəlxalq hava limanının önündə, eyni zamanda ABŞ-n bütün şəhər və ştatlarına gedən yolları birləşdirən mərkəzi yollarda qoyulub.  Məlumata görə Amerikanın bir çox ştatlarında və böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdiriləcək.