• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 05.11.2020 10:17

ANAMA-nın qrupu tərəfindən mərmilər zərərsizləşdirilib

KepezTV Player

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Bərdə, Goranboy, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə daxil olmuş 22 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 9N235 bombacığı və 30 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən mərmilər zərərsizləşdirilib.