KepezTV Player
Türkiyənin Qızıl Aypara Cəmiyyəti ermənilərin Azərbaycanın yaşayış yerlərini hədəfə alması nəticəsində evləri dağılan vətəndaşlara yardım göndərib. Yardımlar Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə birlikdə aparılan məsləhətləşmələr çərçivəsində həyata keçirilir. Prosesə 12 okytabr tarixindən başlanılıb. Erməni terrorundan əziyyət çəkən vətəndaşlarımıza bu dəfə 11 yük avtomobilindən ibarət yardım aparılıb. Gəncədən keçən bu karvanı Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk qarşılayıb. Əgər ehtiyac duyularsa, yardımlar davam etdiriləcək.
- Baxış: 128