• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 04.11.2020 16:03

Kür qəsəbəsinin sakinləri qələbəyə və quruculuğa sevinir

KepezTV Player

Ön cəbhədə gedən döyüşlər arxa cəbhədə həyata keçiriləcək infrastruktur layihələrini heç də yubatmır. Şəmkirin Kür qəsəbəsində də geniş miqyaslı abadlıq işləri görülür. Sakinlər ordumuzun cəbhədə qazandığı uğurları və yaşadıqları ərazidə görülən işləri sevinclə qarşılayır.

1975-ci ildə Şəmkir Su Elektrik Stansiyası ilə paralel olaraq salınan Kür qəsəbəsində əhalinin rifah halı ilbə-il yaxşılaşdırılır. Paralel olaraq da sosial infrstrukturla bağlı işlər görülür. Qəsəbədə 1200 şagird yerlik mətkəb binası, 50 çarpayılıq xəstəxana müasir tələblər səviyyəsində yenidən qurulub. Ötən ilin sonlarında isə Heydər Əliyev fondunun təşəbüsü ilə yeni körpələr evi uşaq bağçası istifadəyə verilib. Yenidənqurma işlərinin davamı olaraq qəsəbədə mövcud olan 18 çoxmərtəbəli binanın dam örtüyü yenilənib, zirzəmilərdən keçən su və kanalizasiya xəttləri dəyişdirilib. Hazırda qəsəbədaxili yollar təmir edilir, hündürmərtəbəli binalarda liftlər yenilənir.  

Vaqif Quliyev – sakin: Palçıqda gedib gəlmək olmurdu. Hər bir şey bərbad halda idi. Son bir ildə çox gözəl işlər gedir. Yollarımız küçələrimiz abadlaşır. Hər şey öz qaydasındadır.

Mənsurə Bağırova – sakin: Yolumuz yox idi. Göllər yaranırdı uşaqlar düşürdü. Süpürə bilmiridik. Təmizliyimiz olmurdu. İndi çox şükür çox razıyıq. Bax belə abadlıq işlərindən bağçamızdan məktəbimzidən razıyıq.

Kür qəsəbəsində işlərə bir ay əvvəl başlanılıb. Artıq bir neçə küçədə avtomobillərin və piyadaların rahat hərəkəti təmin olunub. Paralel olaraq əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün park və istirahət güşələri də yenilənir.  

Vaqif Əliyev - Kür qəsəbə - icra nümayəndəsi: Əsas küçələrimizdən olan Məmməd Əmin Rəsulzadə, Nərimin Nərimanov, Vəli Xuluflu küçələrində asfalt işləri gedir. Asfalt işləri əsasən qəsəbənin mərkəzində inzibati binaların yaxınlığında məktəb və uşaqlarının yaxınlığını əhatə edir. Artıq bəzi ərazilərdə işlər yekunlaşıb.

Kür qəsəbəsində görülən işlərlə yerində tanış olan rayon rəhbərliyi sakinlərin qayğı və problemləri ilə maraqlanıb. İşlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün içracılar qarşısında konkret tələblər qoyulub. Qəsəbənin giriş hissəsində mövcud olan parkda yaşıllıqların sayının artırılması və yeni güşələrin yaradılması qərara alınıb.

Natiq Hüseyn