• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 04.11.2020 15:59

Diaspor nümayəndələri erməni terroru ilə tanış olublar

KepezTV Player

Türkiyə diasporunun nümayəndələri və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bu gün Gəncəyə səfər ediblər. Qonaqlar cəbhə xəttindən xeyli uzaqlıqda yerləşən ikinci böyük şəhərdə erməni terrorunun izləri ilə tanış olub, dağılan və zərər görən ərazilərə baş çəkiblər. Millət vəkilləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslərin də iştirakı ilə erməni terroru zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağılan yaşayış binası, həmçinin evlərin ətrafına gül düzülüb, qətlə yetirilənlərin ruhuna dualar oxunub.

Abdullah Eren - Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri: Əfsuslar olsun, ki, dünya Ermıənistanın dinc əhaliyə qarşı töərtdiklərinə səssiz qaldı. Görüntüləri paylaşmadı, xəbər belə hazılamadı. Amma eyni şey Ermənistanın başına gəlsə idi mütləq çox böyük xəbərlər edərdilər. Burada böyük ikili standart, haqsızlıq var. Bu haqsızlığın aradan qalxması lazımdır.Türk milləti, xalqı, diasporu Aəzrbaycanı çox yaxından izləyir. Azərbaycanın zəfər qazanacağı günün yaxın olduğunu düşünürük.

Fuad Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri: Bu haqq mübarizəmizdə bizə qarşı yalan məlumatların yayılmasında ermənilərin xüsusi canfəşanlığı var. Buna baxmayaraq bu gün Azərbaycan xalqının vəhdəti və cənab prezidentin apardığı siyasət nəticəsində ordumuz qətiyyətli irəliləyir, torpaqlarımızı işğaldan azad edir.