• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1829
— 04.11.2020 14:10

Ermənistan silahlı qüvvələrinin xeyli sayda şəxsi heyəti məhv edilib

KepezTV Player

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır. Müdafiə Nazirliyindən cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusunun düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malik olduğu bildirilib. "Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir" - açıqlamada deyilir. Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər də növbəti yalan məlumatdır. Polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir. Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da "feyk-nyus"dan başqa bir şey deyil. Nazirliyin daha bir məlumatında cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyətinin məhv edildiyi və döyüş texnikasının sıradan çıxarıldığı deyilir. UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.