KepezTV Player
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Ağentliyə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 2 ədəd 122 mm-lik D-4 ağ fosfor tərkibli top mərmisi, 1 ədəd 300 mm-lik raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.<br>Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik D-4 ağ fosfor tərkibli top mərmisi və 1 ədəd 300 mm-lik raket zərərsizləşdirilib.
- Baxış: 144