KepezTV Player
Pandemiya ilə əlaqədar olaraq, dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilir, həmçinin şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunur. Təhsil Nazirliyinə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin əyani formada tədrisə cəlb olunması ilə bağlı müraciətlər daxil olur. Nazirlik bunun Nazirlər Kabinetinin müvafiq qərarına zidd olduğunu bildirərək qərara əməl edilməsini tələb edir. Əks təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
- Baxış: 119