Azərbaycan əsgəri yeni tarix yazaraq illərdir həsrətində olduğumuz xoş müjdəli xəbərlərlə sevindirir. Lakin zəfər heç də asan qazanılmır.İkinci Qarabağ müharibəsi həmn də çətin relyef şəraitində aparılır.
Hikmət Hacıyev Prezidentin köməkçisi: Böyük bir coğrafi miqyasda biz götürsək o qədər də böyük olmayan bir ərazi görünə bilər, amma orada olan atıcı silahların sayına, həcminə, onların atəş sıxlığına görə, bəlkə də dünyada ikinci elə bir məntəqə yoxdur, 30 il ərzində müxtəlif ianələr və hədiyyələr hesabına ermənistan tərəfindən orada böyük həcmdə silahlar və sursatlar toplanıb. Demək olar ki, elə bir məntəqə yoxdur ki, ora artilleriya zərbəsi, minemyot zərbəsi, və digər yüksək dağıdıcı gücə malik olan silahların atəş məntəqəsindən kənar olsun. Bax belə bir şəraitdə Azərbaycanın rəşadətli oğulları bizim torpaqlarımızı işğaldan azad edirlər.
Düşmənə ağır zərbələr endirən Azərbaycan əsgərinin qazandığı uğurun xəbərini sadəcə səbrlə gözləmək lazımdır, yalnız rəsmi mənbələrin açıqladığı xəbərin sevinci yaşanılmalıdır. Tələskənlik qəhrəmanların həyatı bahasına başa gələ bilər.
Hikmət Hacıyev Prezidentin köməkçisi: Addım və addım irəliləyirik, hər bir qarış torpağımızı da böyük rəşadət göstərərək azad edirik, Ona görə də azad edilmiş hər bir qarış torpağımızın qəlbimizdə böyük bir yeri var. Qürur mənbəyimizdir, bundan fəxr duymalıyıq. Bəzən gözləntilərimiz də olur. Təbii ki, bu gözləntilərimiz də haqlıdır. Əsaslıdır, Çünki biz 30 ildir bu torpaqlarımızın işğaldan azad olunmasını gözləyirik. Amma cəbhədə vurşuan əsgərlərimizin canı bahasına, qanı bahasına, onların o mübarizəsini biz tam layiqincə, yüksək səviyyədə qiymətləndirməliyik. Onların o düşmən atəşi altında torpaqlarımızı azad etməsini də tam təfərrüatı ilə başa düşməliyik.
Müdafiə Nazirliyinin ən son açıqlaması da hazırda bütün döyüş istiqamətlərində üstünlüyün Azərbaycan ordusunda olduğunu deməyə əsas verir.
Anar Eyvazov Müdafiə nazirliyinin mətbuat katibi:Düşmənin bir neçə istiqamətdə xeyli sayda canlı qüvvəsi, bir ədə kub zenit ... iki ədəd sursatla dolu maşını, taktiki uçuş aparatı məhv edilib. Düşmən Azərbaycan ordusunu döyüş taktikası ilə məqsədyönlü şəkildə sıxışdırılır, ağır itkilər verərək geri çəkilməyə məcbur edilir, xeyli sayda hərbi qənimət ələ keçirilir. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
- Baxış: 133