• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 03.11.2020 14:15

Atasının yarımçıq qalan arzularını reallaşdıran oğul

KepezTV Player

Birinci Qarabağ döyüşlərinin Milli Qəhrəmanı Pərviz Səmədov. Onun vətənpərvərliyi, döyüşlərdə göstərdiyi şücaət dillərdə dastana çevrilib. İndi bu qəhrəmanlığı oğlu Pərviz ön cəbhədə davam etdirir və atasının uğrunda şəhid olduğu Qarabağın işğaldan azadlığı uğrunda vuruşur.

1992-ci ilin əvvəlində ermənilər daha da azğınlaşmışdı. Silahlı toqquşmalar ara vermirdi. 22 yaşlı Pərviz Səmədovun erməni quldurlarına qarşı qəzəbi və nifrəti  də gündən-günə artırdı. Belə çətin günlərdə Pərviz də bir vətən oğlu kimi baş verən hadisələrə, edilən haqsızslıqlara göz yuma, biganə qala bilmədi. Pərviz qışın ən soyuq ayında fevralın 22-də könüllü olaraq cəbhəyə, Ağdam bölgəsində döyüşlərə yollanıb.

Qorxmaz Səmədov - Milli qəhrəmanın qardaşı: Hərbi xidmətdə də fəal olduğuna görə silah-sursatın dilini də yaxşı bilirdi. Pərviz çox gümrah, boylu-buxunlu bir oğlan idi. Fred Asifdə bunu görüncə onu kəşfiyyata komandir təyin etmişdi. Pərviz də kəşfiyyata komandir olmaqla öz dəstəsi ilə o qədər xoş xəbərlər gətirib dəstəyə çatdırırdı ki, onun hesabına düşmənə həmin vaxtlar həm canlı həm də texnika baxımından xeyli itkilər verilmişdi.

1992-ci il mayı, Ağdamın Gülablı kəndində qızğın döyüşlər səngimək bilmir. Pərvizin bölüyü də döyüşə atılır. Ermənilər tərəfindən vurulan təcili yardım vertalyotunun ekipajı quldurların cayanğından xilas edilir. Lakin düşmənin snayperi Pərvizdən yan keçmədi.  Atalıq hissini dada bilməyən, Pərvizin gənc ömrü sona yetdi.

Mətanət Şahvələdova - Milli qəhrəmanın həyat yoldaşı: Yoldaşım şəhid olandan sonra 1992-ci ilin noyabırın 22-də oğlum dünyaya gəldi, adını Pərviz qoyduq. İndi oğlum hazırda N saylı hərbi hissədə qulluq edir. Könüllü olaraq gedib, atasının yolunu davam edir. Torpaqlarımız azad olunduqca sevinirəm ki, şəhidlərimizin həmçinin də yoldaşımın  qanı yerdə qalmır.

Ölümündən cəmi 22 gün sonra ona  Azərbaycanın Milli qəhrəmanı adı verilir. Doğulduğu Gəncədə dəfn edilən Pərviz Səmədovun yaşadığı küçəyə adı da verilir.

Qorxmaz Səmədov - Milli qəhrəmanın qardaşı: Düzdü vətənin hər bir qarışı bizim üçün vətəndir, torpaqdı. Biz onu geri almalıyıq. Pərvizin ruhu o gün rahat olacaq ki, bizim özümüz o gün rahat olacağıq ki, Ağdamın Abdalgülablı kəndi geri alınacaqdı. Çünki Pərviz 1992-ci ilin mayında orada şəhid olub. Həmin günü biz səbirsizliklə gözləyirik ki, ali baş komandamız, sərkərdəmiz, prezidentimiz həmin o xəbəri bizə çatdıracaq.

Pənah Səmədov - Milli qəhrəmanın qardaşı: Pərviz seçilən, sayılan özünə görə döyüşlərdə qoçaqlığına görə bir çox döyüşçülərdən fərqlənirdi. O öz istək arzusuna çatmaq niyyətində idi. İstəyirdi ki, Qarabağ torpaqlarımız azad olunsun. İşğal olunan torpaqlarımız özümüzə qayıtsın.

Milli qəhrəmanın istəyini indi oğlu kimi igid vətən oğulları reallaşdırır. Qanı yerdə qalmır torpağa qovuşan qəhrəmanların, qisası alınır 30 ilə yaxın davam edən işğalın.

Elnur Vahidoğlu