• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1387
— 03.11.2020 14:22

Düşmənin hədəfində mülki obyektlərdir

KepezTV Player

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Ermənilərin gecə saatlarından ağır artilleriyadan atdığı mərmilər Ağcabədidə dağıntılara səbəb olub. Rayon ərazisinə düşən 6 mərmidən biri də Qaraxanlı kənd sakininə məxsus yaşayış evinə düşüb və nəticədə ev dağılıb. 2016-cı ildə də düşmənin atdığı top mərmisi adıçəkilən evə düşübmüş. Dövlət tərəfindən əsaslı təmir olunan ev ermənilərin atəşkəsi pozması nəticəsində yenidən dağılıb. Hərbi əməliyyatlar başlayandan kənd ərazisində 5 ev dağılıb, 50 evdən çox evə ziyan dəyib.

Goranboyun Yenikənd kəndi də atəşə tutulub. Buradada yaşayış evlərinə və infrastruktura ciddi ziyan dəysə də sakinlər av-aşiyini tərk etmək fikrindən çox uzaqdırlar. Ali baş Komandana və əsgərlərimizə güvəndiklərini, evlərin raket atəşinə tutulmasını düşmənin qorxaqlığı olduğunu deyiblər.