• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2231
— 03.11.2020 12:02

Telekommunikasiya infrastrukturuna vurulan ziyan aradan qaldırılır

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutması nəticəsində Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında deyilir ki, baş verən zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə nazirliyə məxsus “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.<br>Döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir. Düşmənin təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün “Aztelekom” telekommunikasiya üzrə vəziyyətə nəzarəti gücləndirib.