• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1482
— 03.11.2020 10:24

Ombudsman Gəncəyə vurulan ziyanlarla bağlı aralıq hesabat hazırlayıb

KepezTV Player

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - ombusdman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşinə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb.

Hesabat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş “İmamzadə Ziyarətgah” Kompleksi və Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Ombudsman tərəfindən həyata keçirilmiş monitorinqlər zamanı yerində toplanmış faktları özündə əks etdirir.

Hesabatda təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığını, beynəlxalq humanitar hüququn, o cümlədən konvensiyaları və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozması qeyd olunub.  Müharibə cinayətləri törədən işğalçı Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərməyə çağırış edilib.

Hesabat dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.