• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 02.11.2020 19:44

Taksilərdə şəffaf arakəsmələr niyə yoxdur?

KepezTV Player

Pandemiya dövründə taksilərə təlabat bir qədər artıb. Xüsusi ilə də şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı Gəncədə də vətəndaşlar bir qayda olaraq taksi xidmətindən yararlanırlar. Ancaq nəqliyyat vasitələrində sürücü ilə sərnişin təmasını minimuma endirmək məqsədi ilə nəzərdə tutulan şəffaf arakəsmələrin gözə dəyməməsi heç də qəbuledilən deyil. Əməkdaşımız Natiq Hüseyn məsələnin aktuallığını nəzərə alaraq mövzunu araşdırıb.

Koronovirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunan şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Bu qaydalar ölkənin ikinci böyük şəhəri olan Gəncəyə də şamil olunur. Bu səbəbdəndə istər həftə sonları, istərsə də digər günlərdə taksi xidmətindən yararlananların sayında artım müşahidə edilir. Təlabatın artıdğı bir vaxtda taksi sürüclərinin qoruyucu vasitələrdən istifadə etməməsi, ən əsası da avtomnobillərdə şəffaf arakəsmələrin olmaması sakinlərin haqlı narazılığına səbəb olur.

Şahbaz Məmmədov - sakin: Əlbəttə karantin dövründə xalqı qorumaq üçün arakəsmələr olsa yaxşı olar. Özləri qurub özləri düzəltməlidir. Yəni xalq üçün özləri üçün dövlıətimiz üçün bu vacibdir.

Allahverdi Allahverdiyev - sakin: Heç olmasa bu xəstəliyin qarşısı alınar. Yəni yoluxmanın sayı azalar. Nə qədər say az olsa bir o qədər yaxşıdır. Belə olanda içtimai nəqliyyatın fəaliyyətidə tez bərpa olunar. Məhdudiyyətlər aradan götürülər.

Şəlalə Salahova - sakin: Pandemiyaya görə olmalıdır. Qorunmaq üçün şəffaf arakəsmə vacibdir. İnşallah olar.

Taksi fəaliyyəti ilə məşğul olan sürücülər də koronovirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda şəffaf arakəsmələrin olmasını vacib sayırlar. Ancaq onlar qaydalara əməl etməmələri ilə bağlı müxtəlif bəhanələr səsləndirirlər.

Hümbət Əliyev - taksi sürücüsü: Bu indi çıxdı. Əvvəl yox idi. Xəstəlik artarandan başlayıb.

Elşən Nəbiyev - taksi sürücüsü: İşimiz azdır. İşimiz çox olanda virus artanda məcburuq bizdə edək. Eləməliyik maska taxırıq.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional şöbəsindən bildirirlər ki şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan əksər sükan sahibləri qeyri-qanuni, pərakəndə şəkildə fəaliyyət göstərirlər. Bu səbəbdən də belə taksilərdən şəffaf arakəsmələri tələb etmək çətin olur.

Orxan Abdullayev - aparıcı məsləhətçi: Sanitar epidemiloji qaydalara əməl edən və şəffaf arakəsməsi olan hər bir taksi fəaliyyəti göstərən daşıyıcı fərqlənmə nişanı ilə təmin edilir. Əfsuslar olsun Gəncə şəhəri ərazisində çoxsayda taksi fəaliyyəti göstərən daşıyıcı olmasına baxmayaraq çoxlu sayda fərqlənmə nişanı almayan taksi var.

Məsələ burasındadadır ki, taksilərdə şəffaf arakəsmələrin yoxluğu ilə bağlı İnzibati Xətalar Məcəlləsində heç bir cərimə nəzərdə tutulmayıb. Bu səbəbdən də istər nəqliyyat müfəttişləri, istərsə də yol polisi əməkdaşları belə taksi sürüclərini cərimə edə bilmirlər.

Hacı Həsənov - Gəncə Şəhər DYP şöbəsinin inspektoru: Sərnişindaşıma ilə məşğul olan sürücülər nəqliyyat vasitəsində sərnişin olduğu təqdirdə qoruyucu vasitədən iştirak etmədiyi aşkarlanır. Belə sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunur. Sürücülərə tövsiyyəmiz ondan ibarətdir ki, mövcud qaydalara əməl etsinlər. Pandemiyanın qarşısının alınması məqsədi ilə bizlərə dəstək olsunlar.

Ön cəbhədə düşmənə layiqli cavab verən ordumuza dəstək göstərmək istəyiriksə arxa cəbhədə özümüzü və yaxınllarımızı virusdan qorumalıyıq. Bu səbəbdən də ictimai nəqliyyat vasitələrində sosial məsafənin qorunması və təmasın minimum enidirilməsi zəruri hesab edilir.

 

Natiq Hüseyn