• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 943
— 02.11.2020 15:58

Təhsil Nazirliyindən müraciət

KepezTV Player

Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq.<br>Müraciətlər üçün son tarix 10 noyabr nəzərdə tutulur. Tələbələrin qeyd edilən tarixədək elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilən qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir. Təhsil Nazirliyi sentyabrın 30-dan e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına başlayıb. Həmçinin, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.