• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 02.11.2020 14:09

Azıx mağarasındakı qədim nümunələr xaricə satılıb

KepezTV Player

Dünyanın ən qədim insan məskənlərindən sayılan, Azərbaycanın Füzuli şəhərindən 16 km aralıda yerləşən, məşhur Azıx mağarasında aşkarlanan qədim insanların izləri, alətləri və qədim heyvanların aşkar olunan sümükləri müxtəlif ölkələrə qanunsuz şəkildə satılıb. AMEA-dan verilən görə, Azıx mağarasında aparılan qanunsuz qazıntı işlərinə 2002-ci ildən başlayaraq İngiltərə, İrlandiya, İspaniya və İtaliyadan arxeoloji dırnaqarası ekspedisiyalar cəlb edilib. İşğalçı ermənilərin hər vəchlə abidələrini dağıtmağa çalışdıqları rayonlar sırasında Füzuli və Ağdam xüsusi yer tutur. Füzuli yaxınlığında Quruçay dərəsində yerləşən və ümumilikdə insanlığın ilk başlanğıc nöqtələrindən sayılan Azıx mağarasında aparılan dırnaqarası “tədqiqatlar” və qazıntılar ermənilərin məqsədli şəkildə törətdikləri vandalizm hərəkatlarının bir hissəsidir. Ağdam rayonu ərazisində qədim tarixə malik çoxsaylı tarixi-memarlıq abidələri də işğalçılar tərəfindən dağıdılıb.