• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 02.11.2020 14:11

İşğaldan azad edilən ərazilərin inkişafı ilə bağlı birgə fəaliyyət

KepezTV Player

Azərbaycanın işğaldan azad edilən ərazilərində iqtisadi inkişafla bağlı proqram hazırlanacaq. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasından sonra mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə təşkilata üzv ölkələr işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatının, turizmin və digər sahələrin inkişafı ilə bağlı birgə fəaliyyət göstərəcək. Macarıstan və Türkmənistan da bu fəaliyyətə qoşulacaq. Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat isə Qarabağın inkişafına hər cür dəstək verməyə hazır olduqlarını bildirib.