• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 722
— 02.11.2020 12:08

ABŞ-dakı səfirimiz qərəzli və əsassız iddialara cavab verib

KepezTV Player

ABŞ-ın “Washington Times” qəzetinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov son zamanlar bəzi mətbu orqanlarında, guya ki, Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verib. Diplomat bunun sovetsayağı təbliğat olduğunu açıqlayıb. Səfir Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədinin üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaq olduiğunu deyib. “Washington Post” və digər mətbu orqanlarında yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də döyüşlərin başlamasından bir ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayan Elin Süleymanov “Azərbaycan silahlı qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur”, - deyə qeyd edib. Süleymanov təəssüflə bildirib ki, faktların yoxlanılmaması və “tənbəl” jurnalistika” bu kimi saxta iddiaların qərb mediasında yayılmasına səbəb olub.