• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 02.11.2020 12:15

Vejnəli yatağının talanmasına görə beynəlxalq axtarış elan olunub

KepezTV Player

Baş Prokurorluğun İstintaq idarəsində açılan cinayət işlərindən biri işğaldan azad olunan Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlıdır. Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, kənddə əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçən “Vallex Group” şirkətlər qrupunun filialı olan «Base Metals» Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Şirkətlər qrupunun maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə beynəlxalq axtarış elan edilib.