Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində ermənilərin saxtakarlığını üzə çıxarıb. Hikmət Hacıyev sosial şəbəkədəki hesabında iki foto paylaşaraq, düşmənin saxta təbliğatını ifşa edib. Prezidentin köməkçisinin günün fotosu kimi paylaşdığı birinci fotoda Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndinin Ermənistan tərəfindən atəşə tutulduğu və Erməni "Smerch" raketinin mühərrik hissəsinin masaya düşərək yerə girdiyi əks olunub. İkinci fotoda isə uğursuz erməni saxtakarlığı ifşa edilib. "Onlar hətta hörümçək torunu təmizləməyi belə, unudublar", - deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri sosial şəbəkədə yazıb.
"Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması “Reuters”in reportajında təsdiqlənib. Biz dəfələrlə bildirmişik ki, Livandan və Suriyadan olan muzdlular, həmçinin PKK terrorçuları Ermənistandadırlar". Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində növbəti paylaşımında yazıb.
Prezidentin köməkçisinin paylaşdığı daha bir tvittdə "Biz “The New-York Times” qəzetinə qarşı ABŞ-ın radikal və şovinist erməni lobbi qruplarının Fransada “TF1” telekanalının heyətinə qarşı olduğu kimi hücumlarını və təhdidlərini qətiyyətlə qınayırıq", - yazılıb. Hikmət Hacıyev bildirib: "Onlar söz azadlığını boğmağa çalışırlar. Biz də reportajın bəzi hissələri ilə razılaşmaya bilərik, lakin biz onların işlərinə hörmət edirik".
Bu arada Hikmət Hacıyevin adına saxta profillərin yaradıldığı məlum olub. Bu barədə prezdentin köməkçisi özünün tvitterdəki səhifəsində yazıb.<br>"Hörmətli izləyicilər! Mənim adıma twitter-də və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - deyə Hikmət Hacıyev qeyd edib.
- Baxış: 134