• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 02.11.2020 08:13

Ermənilərin ərazilərimizə atdıqları top mərmisi və raket aşkarlandı

KepezTV Player

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə 14 müraciət daxil olub.<br>Çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Qaradolaq, Hacılar kəndləri, Füzuli rayonunun Arayatlı, Alxanlı, Şükürbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc kəndi, Şah, Şıxarx və Narlıq qəsəbələri ərazisinə 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi, 1 ədəd idarə olunan raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 41 ədəd partlamış mərmi qalıqları aşkar olunub.