KepezTV Player
Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həyatını itirənlərin sayı artır. Son məlumata görə, ölənlərin sayı 69 nəfərə çatıb. Təbii fəlakət nəticəsində xəsarət alanların sayı 949 nəfərdir. Çökənbinalardan 8-də axtarış xilasetmə işlərinə 2 mindən artıq xilasedici cəlb edilib.
Yeni tikilidə partlayış
Bu gün eləcə də İstanbulda Fatih rayonundakı İstanbul Universiteti Çapa Tibb Fakültəsi Xəstəxanasının yeni tikilən binasında partlayışla müşayiət olunan böyük yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər cəlb edilib.Yanğın təmirdə olan binanın izolyasiya hissəsindən başlayıb və tez bir zamanda söndürülüb.
- Baxış: 135