• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1447
— 01.11.2020 23:14

Norveçdə erməni terroru pislənilib

KepezTV Player

Osloda yaşayan azərbaycanlılar Norveç parlamentinin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib. Türkiyə və Pakistan icmalarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə Qarabağ həqiqətləri yerli ictimaiyyətin diqqətinə çatdırılıb. Yaşayış məntəqələrində törədilən terror aktlarının Ermənistanın təcavüzkar siyasətinin davamı olduğu vurğulanıb. Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və  Azərbaycana dost münasibət  bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar.