KepezTV Player
İraqın paytaxtı Bağdadda, şəhərin mərkəzində yerləşən Hüseyni Əl-Cavadin Məscidinin qarşısında Ermənistanın Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutması nəticəsində həlak olan insanların xatirəsi yad edilib. Tədbirdə yerli parlamentin deputatları, diplomatik korpusun əməkdaşları, Bağdad ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər. Azərbaycanın İraqdakı səfirliyi tərəfindən Ermənistanın törətdiyi vəhşiliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
- Baxış: 141