• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 01.11.2020 22:31

Rus sərhədçilərlə bağlı erməni yalanı ifşa olundu

KepezTV Player

Rusiya Federasiyasının Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya Rusiya sərhədçilərinin həlak olması haqqında şayiələri təkzib edib. Bu barədə səfirliyin “Facebook”dakı səhifəsində yerləşdirilən bəyanatında deyilir. Kütləvi informasiya vasitələri nümayəndələrinin iki rus sərhədçisinin ölümü ilə bağlı bir neçə mənbədə eyni anda ortaya çıxan "məlumatları" şərh etmək istəyi ilə əlaqədar olaraq bildiririk ki, bu, həqiqətə uyğun deyil.

KİV-i bu cür məlumatlarda diqqətli və tərəfsiz olmağa çağırırıq”, - deyə diplomatik missiyanın “Facebook”dakı səhifəsində yer alıb.