• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 01.11.2020 21:47

Prezident İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib

KepezTV Player

Dövlət başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Gürcüstanın Baş Naziri təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.Prezident İlham Əliyev parlament seçkilərində qazanılan qələbə münasibətilə “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvilini də təbrik edib.