• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 01.11.2020 20:17

Nazirlikdən növbəti təkzib

KepezTV Player

İşğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir. Müdafiə Nazirliyinin məlumatına görə, bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir. Nazirlik növbəti dəfə bəyan edir ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir. Nazirlik Ermənistan mediasının noyabrın 1-də Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması ilə bağlı yaydığı xəbərin də həqiqəti əks etdirmədiyini və düşmən tərəfinin növbəti dezinformasiyası olduğunu bildirib.Bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov cəbhədəki son vəziyyətlə bağlı açıqlama verib.