• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2058
— 01.11.2020 20:14

Azərbaycan Ordusu BMT-nin iki qətnaməsini yerinə yetirdi

KepezTV Player

Azərbaycan Ordusu sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Qarabağda başladığı əks-hücum əməliyyatı ilə həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını həyata keçirir. BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsi var. Bunlar 822, 853, 874 və 884 saylı qətnamələrdir.

1993-cü ildə qəbul olunan qətnamələrdə bölgədəki hərbi əməliyyatlara son vermək, erməni qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi tələb olunur. Amma Ermənistan silahlı qüvvələri bu qətnamələrə əməl etməyərək işğalı dayandırmayıb əksinə yeni kəndlər, rayonlar və şəhərlər ələ keçirməklə işğalçılıq siyasətini davam etdirib.

Millət vəkili BMT-nin qətnamələrindən ikisini həyata keçirən Azərbaycan Ordusunun yaxın günlərdə digər iki qətnaməni yerinə yetirəcəyinə də inamını ifadə edib.

“Ermənistanın hərbi təcavüzü kontekstində beynəlxalq hüququn hamılıqla tanınan prinsipləri və normaları əsasında hərəkət edən Azərbaycanın torpaqlarını işğaldan azad etməyə tam əsası var”. Naqif Həmzəyev belə deyib.

Azərbaycan 30 ilə yaxın müddətdə torpaqlarının ermənilər tərəfindən işğal edilməsinə və düşmən təcavüzünə qarşı etiraz edib, səbrlə beynəlxalq təşkilatlatın, dünya dövlətlərinin iştirakı ilə problemin sülh yolu ilə həll olunmasını gözləyib. Lakin illər ötüb bir nəticə hasil olmayıb. Ta Azərbaycan Ordusu fəaliyyətə keçməyənə qədər.