• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 01.11.2020 14:08

İşğaldan azad olunan torpaqların şirinliyi paylanılır

KepezTV Player

Kafe və restoranlara üz tutanların sayında azalma müşahidə olunur. Koronavirusa yoluxma sayının artdığı bir dövrdə əksəriyyətin belə bir addım atması başadüşüləndir. Lakin qidalanmaq üçün restoranlara üz tutanlar gigiyenik normaların tələblərinə ciddi əməl edilməklə qapalı məkanlara buraxılır. Hətta, maraqlı təşəbbüslərlə cəbhədə baş verənlərə biganə qalmayanlar da var.

İctimai iaşə müəssisələri o cümlədən, kafe və restoran əməkdaşları bu günlərdə ikiqat məsuliyyət daşıyırlar. Sözügedən xidmət sektorunda olanlar belə məkanlara üz tutan hər bir müştəridən zəruri qaydalara əməl etməyi tələb edirlər. Koronavirusa yoluxmamaq eləcə də yoluxdurmamaq üçün bütün lazımi profilaktik tədbirləri həyata keçirirlər.

Restoranlara giriş zamanı hər bir müştərinin bədən hərarəti ölçülür və dezinfeksiya edici mahluldan istifadə təklif edilir. Hansısa bir nasazlıq, problemlə qarşılaşan zaman həmin şəxs bir mənalı şəkildə restorana buraxılmır. Hazırda Gəncədə müştəri potensialının aşağı düşməsi səbəbindən bəzi iaişə müəssisələri yerində fəaliyyəti dayandırsa da, əksəriyyət çatdırılma xidməti həyata keçirir.

Restoran sektorunda olanlar da ön cəbhədə baş verənlərə biganə yanaşmır. Son bir ayda küçə və prospektlərdə görməyə alışdığımız mənzərə bu dəfə mərkəzdə fəaliyyət göstərən restoranda qarşımıza çıxır. Bu dəfə Azərbaycan, Türkiyə&nbsp;və Pakistan bayraqlarının bəzədiyi fonu maraqlı guşə tamamlayır. İşğaldan azad olunan rayon mərkəzlərinin adlarının qeyd olunduğu xüsusi lövhələrdə, həm də Gəncədən həmin ərazilərə olan məsafə öz əksini tapır. Bununla yanaşı, restoranın önündən keçən istənilən şəxs düşmən tapdağından azad olunan torpaqlarımızın şirinliyini dadmaq imkanı əldə edir. Amma təqdirəlayiq təşəbbüs bununla yekunlaşmır.<br>

Həyata keçirilən bu və ya buna bənzər təşəbbüslər qəlbi Vətən eqşi ilə döyünən hər bir insanda xoş təəssürat yaradır. Arxa cəbhədə olanların hər zaman ordumuza dəstəyə hazır olduqlarına dəlalət edir.