• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 01.11.2020 14:21

Psixoloji dəstək davam edir

KepezTV Player

Ombudsmanın təşəbbüsü ilə cəbhə bölgəsində yaşayanlar, eləcə də erməni təxribatlarının canlı şahidinə çevrilən mülki əhaliyə psixoloji dəstək davam edir. Mütəxəssislər bundan əvvəl Qazaxda 58 zərərçəkən ailə ilə görüşüblər. Konsultasiyalar zamanı mənfi təsirlərə məruz qalan dinc sakinlər, xüsusilə həssas qrupdan olan uşaqlara diqqət ayrılıb. Anoloji xidmət Gəncədə də həyata keçirlib. Psixoloq və psixiatrlar tərəfindən travma, stress, panik atak və digər pozuntular keçirən uşaqlara lazımi psixoloji xidmətlər keçirilib. Mütəxəssislərin növbəti səfəri Lənkərana planlaşdırılır. Təxmini 1 ay sonra isə yenidən Gəncəyə gələcəklər. Başqaları kimi, hazırda aldığı travmanı büruzə verməyən, post travmatik stress pozuntusu yaşayan azyaşlılarla yenidən görüşəcəklər.