• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 01.11.2020 12:05

Ata qızını boğaraq öldürüb

KepezTV Player

Qubada ağır cinayət törədilib. Ötən gün saat 21 radələrində Quba rayonu, Barlı kənd sakini 29 yaşlı İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkənin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Məhərrəm İmanquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. İstintaq tədbirləri davam etdirilir.