• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 01.11.2020 12:20

Əhalinin daha çox olduğu ərazilər dezinfeksiya edilib

KepezTV Player

Son günlər koronavirusa yoluxma hallarının artması nəzərə alınaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən tibbi-profilaktiki işlər gücləndirilib. Bu məqsədlə şəhər ərazisində kompleks mübarizə tədbirləri davam etdirilir. Səhər saatlarından başlayaraq Gəncənin küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. İşlərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnikası və canlı qüvvəsi cəlb ediliblər. Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər yeraltı piyada keçidlərini, dayanacaqları, çoxmənzilli yaşayış binaları və həyətləri də əhatə edib. İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinlərinin dezinfeksiya prosesində evdən çıxmamaları tövsiyyə olunur.