İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib.Azərbaycan icması ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktları pislənilib. Aksiyada Qarabağ həqiqətlərindən bəhs edən “Məzar daşı” adlı kitab paylanılıb. “Can Azərbaycan”, “Qardaş səninləyik” kimi şüarlar səsləndirilib.
Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Saint Nicholas kilsəinin qarşısında icazəli aksiya keçiriblər. Gəncə və Bərdədə, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib. Beynəlxalq ictimaiyyət Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı qadağan olunan kassetli bombalardan istifadə etməsinə biganə qalmamağa çağırılıb. Gəncə və Bərdə terrorunun qurbanlarının xatirəsi yad edilib.
- Baxış: 117