• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 31.10.2020 22:18

Parlament seçkilərində səsvermə başa çatıb

KepezTV Player

Gürcüstanda 10-cu çağırış parlament seçkilərində səsvermə başa çatıb. Proses saat 20:00-da yekunlaşıb və seçki məntəqələrinin qapıları sayım üçün bağlanıb.Seçkilərin ölkə üzrə ümumilikdə 3 657 məntəqədə keçirildiyi bildirilir. Saat 17:00-də ölkə üzrə seçici aktivliyi 45,77% təşkil edib.ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb. Seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55%, Vahid Milli Hərəkat Partiyası isə 23% səs əldə edib. Üçüncü yerdə isə 3% səslə Avropalı Gürcüstan Partiyasıdır.Yekun nəticələr səsvermə günündən 19 gün gec olmayaraq açıqlanacaq. Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın tərəfdarları Tbilisidə parlament binasının qarşısında mitinqə başlayıblar.