• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 941
— 31.10.2020 21:08

Ordumuzun qələbəsi sevindirir

KepezTV Player

Sevinclərinin həddi-hüdudu yoxdur. Azərbaycanın güclü ordusunun cəbhədə tarix yazdığı bir vaxtda xalqımız arxa cəbhədə bir yumruq kimi dövlətin ətrafında birləşib, həmrəylik nümayiş etdirir. Gəncənin Qarabağ qazilərinin fikri yekdildir - Qələbəyə zərrə qədər də şübhə yoxdur.

Namiq Mirzəyev Qarabağ qazisi:Füzuli şəhəri alınmaz bir qala idi. Mən televizora baxanda həmişə gözləyirdim ki, görəsən o alınmaz qala Füzuli şəhəri necə alınacaqdır? Vaxtı ilə biz onun çox əziyyətini çəkmişik. Onun ətrafında çox döyüşlər getdi. Füzuli strateji cəhətdən üstün olan bir yerdir. Bizim ordumuzun gücü nə yerdədir ki, biz oranı bir neçə günün içərisində aldıq. Bu ordunun gücü deməkdir və mən bu ordu ilə də fəxr edirəm.

Bir vaxtlar uğrunda döyüşdükləri Füzuli indi işğaldan azad diyar kimi yaralarına məlhəm qazilərin. Gecə-gündüz qanayan yaralar artıq qərtmək bağlayıb. Füzuli kimi digər yaşayış məkanlarımızın da düşmən tapdağından azad görmək həm də şərəflidir.

Namiq Mirzəyev Qarabağ qazisi:Bu tarixdir və bu mənim qismətimə düşübdür. O döyüşlərdə iştirak etmək və bu qələbələri çalmaq bunlar hamısı mənim zamanıma düşüb. Bu fəxrdir, nə qədər əziyyət çəksəmdə, müharibə iştirakçısı olsamda, nə qədər zülümlər çəksəmdə hamısı bu qələbə ilə getdi.

Bədənində hələ də qəlpələrlə yaşayan 47 yaşlı Elxan İmanov isə Ağdərənin də işğaldan azad olunması xəbərini səbirsizəliklə gözləyir. Bu da səbəbsiz deyil.

Elxan İmanov Qarabağ qazisi: Ağdərədə döyüşmüşəm, orada ən çətin mövqe idi. İndi ona baxmıyaraq bizim ordu qarşısında çox acizdirlər. Onlar bizim dövlətin gücünü görürlər. Bizim dövlətin birliyi qarşısında həmişə aciz olacaqlar. Sevincimin həddi-hidudu yoxdur. Çünki Xocalıda qırılan bizim qardaşların, dinc əhalinin, şəhidlərin qisası yerdə qalmır. Çox əziyyət çəkmişik. Bu gün o əziyyətin qarşılığını döyüşçülərimiz döyüş meydanında qaytarırlar.

Döyüş meydanında rəşadətli ordumuz zəfəri Vətən müharibəsində qələbəni şərtləndirir. Bütöv Azərbaycan uğrunda ön cəbhədə vuruşanlara arxa cəbhədəki silahdaşları da dəstəkdir, hər zaman onlarla çiyin-çiyinə vuruşmağa da.

Elnur Vahidoğlu