• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1984
— 31.10.2020 20:42

Erməni təxribatları nəticəsində dəyən zərərlər açıqlanıb

KepezTV Player

Sentyabrın 27-indən oktyabrın 30-dək Azərbaycanın 182-dən artıq yaşayış məntəqəsi düşmən hədəfinə çevrilib. Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə 27 mindən artıq mərmi, 218 raket zərbəsi endirilib. Bu barədə bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı məlumat verib.

Düşmənin Azərbaycanın yaşayış məntəqələrinə atdığı 27308 mərmidən ən çoxu – 15468-i Tərtər rayonunun ərazisinə düşüb. 218 raketdən ən çoxu isə Goranboy rayonuna istiqamətləndirilib – 49 ədəd. Gəncəyə indiyədək 22 raket atılıb. Nəticədə şəhərdə 26 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb. Bərdədə terror qurbanlarının sayı 27 nəfər, yaralıların sayı 95 nəfərdir. Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva vurğulayıb ki, Ermənistanın mülki əhaliyə qarşı hücumları müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir. İndiyədək Ermənistan tərəfindən 3 humanitar atəşkəs kobudcasına pozulub: "Dünən Cenevrə danışıqlarında yeni bir humanitar atəşkəsin edilməsinə çağırış olunub, amma görünən odur ki, Ermənistan buna əməl etmir". Düşmən tərəfindən saxta məlumatların, feyk videoların yayılmasına, Ermənistanın münaqişəyə üçüncü tərəfləri cəlb etmə cəhdlərinə diqqət çəkən XİN rəsmisi bildirib ki, Ermənistan bununla münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir.

Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil

Erməni təxribatları nəticəsində dəyən zərərlər açıqlanıb

Baş prokurorluğun mətbuat katibi Günay Səlimzadə bildirb ki, indiyədək düşmən təxribatları nəticəsində 91 mülki şəxsimiz həlak olub, 404 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 43 nəfər ağır xəsarət alıb. 2465 yaşayış evinə, 97 çoxmənzilli binaya, 455 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına tam riayət edir

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov qeyd edib ki, 27 sentyabrdan bu günədək Azərbaycan Ordusunun bölmələri beynəlxalq hüququn bütün normalarına tam olaraq riayət edir. Qeyd edib ki, elan edilən humanitar atəşkəs rejiminə də Azərbaycan hərbçiləri tam əməl edib. Düşmən isə bu fürsətlərdən istifadə edərək itirilmiş mövqeləri bərpa etmək, Ordumuzun mövqelərinə hücum etmək cəhdləri göstərib, lakin hər dəfə itki verərək geri oturdulub.

Anar Eyvazov onu da vurğulayıb ki, Azərbaycan Ordusunda heç bir qadan olunmuş silah yoxdur.