• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 31.10.2020 12:15

Növbəti erməni yalanı ifşa olundu

KepezTV Player

Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilən, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılan suriyalı “döyüşçü”nün ifadə verməsinə dair video-kadr yayılıb. Prezidentin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, bu iddialarının məqsədi Azərbaycan Silahlı Qüvvələrinin vətən torpaqlarını azad etmək istiqamətində uğurlu hərbi əməliyyatlarına kölgə salmaq, beynəlxalq terrorçuluğa qarşı mübarizənin ön cəbhəsində duran ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa yönəlib. Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilən PKK-çıların olması faktını nəzərə alaraq onun Suriya ermənisi olduğu güman edilir. *** Hikmət Hacıyev Ermənistan tərəfə təhvil verilən 85 yaşlı Evgeniya Babayanın Ermənistanda psixoloji və fiziki işgəncələrə məruz qalaraq əvvəlcədən təqdim olunan mətn üzrə fikir söyləməyə məcbur edildiyinə də diqqət çəkib. Qadına Azərbaycan tərəfdən bütün zəruri tibbi yardım, insani davranış və dəstək göstərildiyini vurğulayıb. 84 yaşlı Mişa Melkumyanın isə əziyyət çəkdiyi çoxsaylı xroniki xəstəliklərdən vəfat etdiyini bildirib.