• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2434
— 30.10.2020 20:48

Fermerlər öz əkinlərini bayan edirlər

KepezTV Player

Oktyabırın əvvəlindən başlayaraq Samux rayonunda payızlıq əkin aparan  fermerlərin adlarının elektron kənd təsərrüfatı informasiya sisteminə daxil edilməsinə başlanılıb. Artıq rayonun 150-dən çox fermerinin payızlıq əkinləri üçün subsidiya almaq üçün qeydiyyatı aparılıb. Bu proses payızlıq əkinləri başa çatana kimi davam edəcək.

Samuxda payızlıq əkin edən fermerlər elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçmək üçün kənd ərazi komissiyalarına ərizə ilə müraciət etməlidirlər. Sənədlərin dəqiqliyi rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində yoxlanıldıqdan sonra xüsusi komissiyaya göndərilir. Rayonda fermerlər əsasən taxılçılıqla məşğul olduğu üçün buğda əkininə görə hektara 200 manat, arpa əkini üçün 160 manat, yoncaya görə 100 manat subsidiya alırlar. Subsidiyyalar fermer kartı vastəsi ilə ödənilir.

Zülfüqar Məhərrəmov torpaq mülkiyyətçisi: Ötən il yonca səpmişdim, bu il yoncanın yerinə arpa səpmişəm. Taxılın çıxışı da çox yaxşıdır. Kənd Təsərrüfatı idarəsinə subsidiyya ilə əlaqədar gəldim. Yaxşı qarşıladılar bütün məsələlər yüksək səviyyədə həll olundu. 1,5 ha yonca səpmişdim subsidiyyanı da aldım. Kübrələrin də pulunu ayrı verdilər onu da aldım.

Elburus Qəhrəmanov torpaq mülkiyyətçisi: Ötən il 1 ha yonca səpmişdim, hər bir şeylə də təmin olunmuşuq. Bu il də gəlmişik ki, yazılıb gübrəmizi götürək, kartımız da var.

Elektron sistemdə hər bir fermer üçün yaradılan şəxsi kabinetdə hesablanan subsidiya, əkin sahəsi, bitki haqqında məlumat yer alır. Bu il prosesi asanlaşdırmaq üçün Samuxun kəndlərində də sənəd qəbulu məntəqələri yaradılıb.

Rahil Həsənov Samux DAİM-in direktoru: Bizim əməkdaşlar artıq 5 kənddə həmçinin Dövlət Aqrar İnkişaf Mərkəzinin işləyir. Biz bütün əhalini əhatə etmək və onların bəyannamələrını qəbul etmək üçün bütün texniki imkanlara malikik. Kənd Təsərrüfatı Nazirliyindən həm elektron sistemin, texniki avadanlıqların təminatı yüksək səviyyədə təşkil olunub. Maarifləndirmə işləri. Posterlərin yapışdırılması, əhalinin məlumatlandırılması sahəsində konkret işlər aparılır. İşçilərimiz təlimləndirilibdir. Onlar öz vəzifələrini çox dolğun bilirlər.

Samuxda ümumilikdə 8 minə yaxın torpaq mülkiyyətçisi var. Ötən il dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 1 milyon 500 min manatdan çox subsidiya verilib.

Elnur Vahidoğlu